Gəlmisən getməlisən
Heç olub itməlisən
Qarışıb torpağa sən
Yenidən bitməlisən
Gəlməyi boşuna deyil
Getmək öz xoşuna deyil
Hər işin hikməti var
İnsan özbaşına deyil
Fanidir bu cahan cahan
Anidir bu zaman zaman
İndi düşün
Sən bu cahana gəlmisən getmək üçün
Cəhd elə öz ünvanına yetmək üçün
Aç qapısın həqiqətin
Nə fərqi var təriqətin
Eşq ilə baxmasan əgər
Bağlı qalar bəsirətin
Bağlı qalar bəsirətin
Başında macəraya bax
Fənanı keç bəqaya bax
Nə varsa küllihalikun
Xudaya bax xudaya bax
Ey günü qarə bəşər
Qalıb avərə bəşər
Çox gəzir tapmır amma
Dərdinə çarə bəşər
Ey günü qarə bəşər
Qalıb avərə bəşər
Çox gəzir tapmır amma
Dərdinə çarə bəşər
Fanidir bu cahan cahan
Anidir bu zaman zaman
İndi düşün
Sən bu cahana gəlmisən getmək üçün
Cəhd elə öz ünvanına yetmək üçün
Qəlbdə canan olmasa
Onda bu canı neynəyirəm
Sonda o yarə yetməsəm
Mən bu cahanı neynəyirəm
Mülkifənanı neynəyirəm
Ey günü qarə bəşər
Qalıb avərə bəşər
Çox gəzir tapmır amma
Dərdinə çarə bəşər
Ey günü qarə bəşər
Qalıb avərə bəşər
Çox gəzir tapmır amma
Dərdinə çarə bəşər
Ey günü qarə bəşər
Qalıb avərə bəşər
Çox gəzir tapmır amma
Dərdinə çarə bəşər
Ey günü qarə bəşər
Qalıb avərə bəşər
Çox gəzir tapmır amma
Dərdinə çarə bəşər