Kürəyini mənə möhkəm söykə;
Hər çətində mənə güvənən oldun sən təkcə;
Qəzəbimə sevgi cavabı verən o hüzursan sən;
Bilməzdim ki, tanrıdan gələn paysan sən;
Ayağına düzəcəm qələbəmi mən;
Görəcəksən sən;
Qanımda axan, ürəkdə atan eşqsən sən;
Günəşlə açan, ümidlə bitən günsən sən;
Bilməzdim ki, tanrıdan gələn paysan sən;
Görəcəksən sən;
Min söz desəm, əvəz edə bilməz;
Adiləşməz və təsiri getməz;
Minlərlə ulduz səmada;
İki gözlərindəki işıq etməz;
Qəlbimdəki izin dəyişməz;
Kimsə gəlib yerini ala bilməz;
Nə qədər varam yanında;
Heç kim saçının telinə dəyə bilməz;
Mənim yüksəlişim, düzənim;
Həyatın uğurundakı tək seçimimsən;
Sabahın təqvimində hər gün;
Yanımda olacaq adamım sənsən;
Bilirəm güvənirsən, əzizim;
Qucağıma möhkəm sarıla bilirsən;
Ən çətin günümdə yanımdaydın;
Hər şeyin gözəlinə layiqsən;
Kürəyini mənə möhkəm söykə;
Hər çətində mənə güvənən oldun sən təkcə;
Qəzəbimə sevgi cavabı verən o hüzursan sən;
Bilməzdim ki, tanrıdan gələn paysan sən;
Ayağına düzəcəm qələbəmi mən;
Görəcəksən sən;
Qanımda axan, ürəkdə atan eşqsən sən;
Günəşlə açan, ümidlə bitən günsən sən;
Bilməzdim ki, tanrıdan gələn paysan sən;
Görəcəksən sən!